Metroda dozulmez basabas: niye xeberdarliq edilmedi?


[r32]
– xeber –
Bu gün səhər saatlarında metroda baş verən texniki nasazlıq səbəbindən qatarların tuneldə və stansiyalarda dəqiqələrlə gözləməsi, intervalın həddən artıq böyüməsi nəticəsində yaranan dözülməz sıxlıq ciddi narazılıq yaradıb.
Belə fövqəladə hallarda sərnişinləri metroya girmədən xəbərdar etməklə vəziyyəti yüngülləşdirmək mümkündürmü?
Bakı Metrolpoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Axar.az açıqlamasında bildirib ki, Metropolitendə baş verən bu cür hallar metroya girişin məhdudlaşdırılması üçün əsas sayıla bilməz.
N.Paşayevin sözlərinə görə, bu cür texniki nazaslıq səbəbindən yaranmış problemlər zamanı stansiyalarda sıxlığın qarşısını almaq üçün müəyyən xəbərdarlıqlar edilir:
“Metroya girənləri tamamilə saxlamaq, qadağan etmək mümkün deyil. Ancaq müəyyən vasitələrlə sıxlığın qarşısını almaq üçün xədərdarlıqlar edilir. Hadisə baş verən kimi mən sosial şəbəkədə məlumat yaydım və oxucuları məlumatlandırdım”.
N.Paşayev həmçinin bildirib ki, artıq problem aradan qalxıb və qatarların intensiv hərəkəti təmin olunub.
Qeyd edək ki, “Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verib. Bu səbəbdən qatarlar bəzi stansiyalarda hətta 20 dəqiqəyə qədər gözləməli olub.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org