Metanet: "Arxama baxan az idi, sen de bax" (FOTO)

4 Oktyabr 2016 12:57 – xeber –
Ötən gün Xəzər TV-nin efirində baxımlı verilişlərdən biri olan "5-də 5"in növbəti buraxılışı yayımlanıb.  
Olkem.az primetime.az-a istinadən bildirir ki, tanınmış aparıcı Zaur Kamalın təqdimatında efirə gedən verilişin budəfəki qonaqları xalq artisti Teymur Mustafayev, tanınmış müğənni Mətanət Əsədova və muğam ifaçısı Rövşən Əziz olublar.
Canlı muğam ifaları, səmimi açıqlamalar proqramı daha da maraqlı edib. Öncə Mətanəti çəkiliş meydançasına dəvət edən Zaur ona çox gözəl göründüyünü deyib: "Mətanət, bu gün çox gözəl görünürsən. Libasın da yaraşıb sənə. Sənə Azərbaycanın Cenifer Lopezi deyirlər də…"
Mətanət isə cavabında: "Yox, mən elə Mətanətəm. Zaur, bu gün xüsusilə sənin üçün geyinib gəldim", -deyə gülümsəyib.  
Verilişin ən yaddaqalan məqamlarından biri də Mətanətlə Teymur əminin muğam deyişməsi olub. Teymur əmi muğam ilə Mətanəti vəsf edərək bu sözləri dilə gətirib: "Sənə qurban olum, ceyran Mətanət. Ovçuyam, yaxınına gələ bilmirəm. Çünki tüfəngim paslanıb, ata bilmirəm. Ovçuyam, könlüm pərvaz, Mətanət, eyləmə naz. Gəl gir, əminin qoluna. Atım saz, tüfəngim saz. Qəti qorxusu yoxdur". Ayaq üstə qalxan Mətanət Ərkinaz Kamala dediyi bu sözlərlə günə möhürünü vurub: "Arxama baxan az idi, sən də bax". 

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org