Meshur rus aparici azerbaycanli qizlardan sikayetlendi (FOTO)

23 Fevral 2016 16:31 – xeber –
Məşhur rusiyalı aparıcı Kseniya Borodina onu sosial şəbəkədə təqib edən bakılı qızlardan şikayətlənib.
Olkem.az anspress-ə istinadən bildirir ki, məlumatına görə, aparıcı naməlum Bakı sakininin bir ildir ki, onu təqib etdiyini, tanışlarına mesajlar yazdığını və əleyhinə dəlil toplamağa çalışdığını bildirib.
"Bu qadın ömrünün bir ilini bizə həsr edib. O, müntəzəm olaraq, məni, həyat yoldaşımı, mənim övladımı, bir sözlə mənə doğma olan hər kəsi təhqir edir. Səbinə adlı bu qadın ətrafına bir qrup toplayaraq, hərə kəsə təlqin etməyə çalışır ki, mənim ailəm saxtadır. Bu qadın məni bütün hamiləliyim boyunca "cana yığdı". Mənə çox maraqlıdır o qadının həyat yoldaşı nə düşünür görəsən?! Onun həyat yoldaşının əməllərindən, ümumiyyətlə, xəbəri varmı?! Bu qadın gecə-gündüz yaratdığı çirkin qrup ilə birgə mənim tərəfimdən bir vaxtlar qara siyahıya salınmış insanlara mesajlar yazır, onları da mənə qarşı qaldırır", – deyə aparıcı Rusiya telekanalına verdiyi müsahibədə bildirib.
"Siz deyə bilərsiniz ki, bu cür insanlara fikir verməyim. Lakin mən istəyirəm ki, Qafqazda yaşayan bu qadın öz əməllərindən bir damcı da olsa utansın, görsün ki, o, nələr edib. Mənim Azərbaycanda çoxlu dost-tanışlarım var və onların hamısı hörmətə layiq insanlardır", – deyə Borodina əlavə edib.
1983-cü ildə Moskvada anadan olan aparıcı həm də aktrisalıq və DJ-liklə məşğuldur. İlk dəfə 2008-ci ildə Yuri Budaqov adlı biznesmenlə ailə həyatı quran Kseniya 2011-ci ildə ondan ayrılmağa qərar verib. Aparıcı ikinci dəfə 2015-ci ildə Qurban Omarov adlı biznesmenlə ailə qurub.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org