Meshur rus aktrisasi: "Eliyev mene cay bagisladi"

– xeber – Rusiyanın əməkdar artisti Natalya Kraçkovskaya Bakı, bakılılar və Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

 

Publika.az xəbər verir ki, aktrisa bu haqda “Moskva-Baku” xəbər portalına geniş açıqlama verib:

 

“Mən uzun illər Gürcüstanda yaşamışam. Uşaqlıq və gənclik illərim Tiflis şəhərində keçib. Tez-tez Bakıya yollanırdım. Şəhərlərimiz yaxın idi. Bakıda daha çox dənizə gedirdim. O şəhərin havası qeyri-adidir – o özündə dəniz sahilinin, duz və balıq qulaqlarının ətrini əks etdirir. Dəniz sahilində olan qəhvəxanalar isə havanı tamam fərqli edirdi. Orada gəzişən sevgililər bundan zövq alırdı. Uzun dənizsahili bulvar isə görüş üçün romantik məkandır. Mənim gəncliyimdə belə idi. Məncə, o vaxtdan bəri heç nə dəyişməyib. İndi də Bakıda bulvara çıxarkən şən gəncləri, onların qızlarla əylənməyini və qızlarla tanış olmaq istəklərini görürəm. Qızlar isə özünü elə aparır ki, guya bu onların xoşuna gəlmir. Ancaq əminəm ki, bu onların ürəyincədir. Belə hal mənim də başıma gəlib, lakin heç vaxt bu diqqəti ciddiyə almamışam. Onu da əlavə edim ki, ən yaxın rəfiqələrimdən biri Bakıda yaşayırdı.

 

Sonradan filmlərdə çəkilməyə başladım. “Mosfilm”in tərkibində Azərbaycanda keçirilən festivallara səfər edirdik. Moskvadan gələn aktyorlara görə yolları bağlayırdılar ki, onlar rahat şəkildə hərəkət edə bilsinlər. Bizi görmək üçün küçələrə saysız insan axını olurdu. Hər kəs bizi evinə dəvət edib, qonaqlıq vermək istəyirdi.

 

Bir dəfə Heydər Əliyev bizim aktyor heyətini qonaq dəvət etdi. Onun incəsənət aşiqi olduğunu və aktyorlarla söhbət etməkdən xoşunun gəldiyini bilirdik. Cənab Əliyev kino və teatr sahəsini gözəl bilirdi.

 

Biz böyük masa arxasında çay süfrəsinə keçdik. Azərbaycanda  çayı çini stəkanlardan içmirlər. Armud formasında olan xüsusi  stəkan var. Onlar kiçikölçülü vazanı xatırladır. Adı da “armudu”dur.

 

Bizə original stəkanaltı olan armudu stəkanda tünd çay süzdülər. Yanında da müxtəlif şürniyyatlara qonaq etdilər. Bundan sonra  “Belə çayı ancaq bizdə içə bilərsiniz” – dedilər. Mən isə anidən  “Təkcə sizdə?” – soruşdum. Sualıma cavab almasam da, Heydər Əliyev gülümsədi. Nəsə yaxşı şey söyləmədiyimi dərhal anladım. Mənə elə gəldi ki, dediyim söz heç bizim rəhbərliyin də ürəyincə olmadı. Bütün gecəni narahat oldum.

 

Qaldığımız otelə qayıtdıqda mehmanxananın xidmətçisi mənə bir bağlama verdi. Otaqda bağlamanı açdıqda, gördüm ki, içində çay var. Sonradan mənə dedilər ki, bunu Heydər Əliyev hədiyyə edib. Bunu eşitməmişdən qabaq da, hədiyyənin kim tərəfindən göndərildiyini başa düşdüm”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org