Meshur rejissor: “Yaxsi ki, men onu filme cekmedim” (VİDEO, FOTO)

16:05 – xeber – Məşhur rejissor Kventin Tarantino “Mənfur səkkizlik” filmində ulduz aktrisa Cenifer Lourensi çəkmədiyi üçün sevindiyini deyib.

Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, bu məsələdə onlar arasında qalmaqal, yaxud şəxsi münasibətlər zəminində hansısa neqativ hadisənin baş verib-vermədiyi barədə Tarantino özü danışıb.

“Mən Ceniferin pərəstişkarıyam. Mən onun çəkiliş meydanında necə rol oynadığının şəxsən şahidi olmuşam. Buna görə də mən onunla görüş təyin edib bu barədə söhbət etdim. Həmin ərəfədə Cenifer “Coy” filminə çəkilirdi, eyni zamanda “Ac oyunlar” filmi ilə əlaqədar də bəzi işləri vardı. Onun “Səkkizliyə” çəkilməyi üçün az da olsa ümid yox idi. Amma mən taleyin bu dönüşü ilə razıyam. Yaxşı ki, mən onu filmə çəkmədim”, – deyə rejissor bildirib.

“Mənfur səkkizlik” filminin treyleri

“Mənfur səkkizlik” filminin təqdimatı 7 dekabrda olub.


Cenifer Lourens – aktrisa

Bir müddət əvvəl Kventin Tarantino Los-Ancelesdəki Hollivud “Şöhrət xiyabanı”nda ulduz qazanıb. Rejissorun özü çox xoşbəxt olduğunu deyib. “Mən burada adımı yazdırdığım üçün çox xoşbəxtəm. Mən bu şəhərin bir hissəsiyəm”.


Kventin Tarantino – rejissor

52 yaşlı Kventin Tarantino iki dəfə – “Kriminal qiraət” və “Azad edilmiş Canqo” filmlərinə yazdığı ssenari ilə “Oskar” və “Qızıl qlobus” mükafatına layiq görülüb. “Kriminal qiraət” filmi həm də Kann festivalında “Qızıl palma budağı” qazanıb.

mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org