Meshur rejissor mehkemeye verildi

3 Yanvar 2016 16:16 – xeber –
Amerikalı məşhur kinorejissor Kventin Tarantino plaqiatda ittiham olunur.
Anspress-in məlumatına görə, iki bir o qədər də məşhur olmayan ssenari müəllifləri Oskar və Tomas Kolvinlər rejissorun "Azad edilmiş Canqo" filminin ssenarisinin onlardan oğurlandığını iddia edirlər və bununla bağlı məhkəməyə müraciət ediblər.

Kolvinlərin sözlərinə görə, ağ dərili insanın qaçaq qula ailəsini quldarlıqdan azad etməyə köməklik göstərən adam haqda hekayəni onlar yazıblar. Sadəcə, onların hekayəsində qulun adı Canqo deyil Cekson Frimandır, məşhur doktor Şultsun adı isə Samsondur. "Azad edilmiş Canqo" "Canqo" adlı vestern janrında yazılmış kitab əsasında çəkilməsinə baxmayaraq Kolvinlər əmindirlər ki, filmin süjeti onlardan oğurlanıb. "Zərərçəkmişlərin" fikirincə, Tarantino onların ssenarisini oxuya bilərdi, çünki onlar yazılarını bir çox agentliklərə göndəriblər. 

Kolvinlər artıq Vaşinqton federal məhkəməsində Tarantinoya qarşı iddia qaldırıblar. 

"Azad edilmiş Canqo" filminin rəsmi treyleri 

Amerikalı rejissor Kventin Tarantino 1994-cü ildə ekranlara çıxan "Kriminal qiraət" filmi ilə məşhurluq qazanıb və bu filmə görə "Oskar" alıb. Məşhur rejissora, həmçinin "Bili öldürmək", "Quduz itlər", "Şərəfsiz əclaflar" filmləri məxsusdur.

"Azad edilmiş Canqo" filmi 2012-ci ildə işıq üzü görüb və 2013-cü ildə rejissora "Ən yaxşı ssenari" nominasiyasında ikinci "Oskar" mükafatını qazandırıb.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org