29 Dekabr 2015 12:41 – xeber –
Britaniyanın populyar müğənnilərindən biri, əslən alban olan Rita Ora ABŞ-ın Florida ştatındakı Mayami kurortunda istirahət edir.
Olkem.az TMZ-yə istinadən bildirir ki, 25 yaşlı müğənni çimərlikdə reportyorların kameralarından çəkinməyərək erotik pozalar verib.
Rita Oranın dediyinə görə, münsiflər heyətinin üzvü olduğu "X Factor" şousunda yetirməsi Luiza Consonun qələbəsini uğuru sayır: "İndisə dincəlirəm, çünki ağır işdən sonra istirahət etmək gərəkdir".
mənbə : milli.az