Meshur ispan aktrisa Bakidadir (FOTO)

5 Oktyabr 2016 17:19 – xeber –
Məşhur ispan aktrisa Mariya Valverde artıq Bakıdadır.
Olkem.az teleqraf.com-a istinadən bildirir ki, aktrisa Nino obrazını canlandırdığı "Əli və Nino" filminin Heydər Əliyev Mərkəzində baş tutacaq premyerasında iştirak edəcək.
 
Aktrisa sosial şəbəkədə Azərbaycanla bağlı paylaşımlar edib.
 
Müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edən filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi britaniyalı yazıçı-ssenarist və kinorejissor, "Oskar" mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır.
 
Filmdə azərbaycanlı Əlixan Şirvanşirin rolunu tanınmış aktyor Adam Bakri, gürcü gözəli Ninonun obrazını isə ispan aktrisa Mariya Valverde canlandırıb.
 
Valverdə "Səmadan 3 metr yüksəklikdə" filmində yaratdığı Babi rolu ilə böyük populyarlıq qazanıb.
 
Məhəmməd Əsəd Bəyin Qurban Səid imzası ilə yazdığı bu roman ilk dəfə 1937-ci ildə Berlində – alman dilində (Qot əlifbasında) çıxıb. Əli və Ninonun sevgi hekayəsi Birinci Dünya Müharibəsindən öncəki dövrdə Bakıda, Gürcüstanda və İranda baş verib. Roman ilk nəşrindən bu yana dünyanın əksər dillərinə tərcümə edilib və XX yüzilin ən gözəl sevgi romanları sırasında yer alıb.

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org