28 Dekabr 2015 16:55 – xeber –
Türkiyənin populyar aktrisası, "Muhteşem Yüzyıl" serialındakı "Hürrəm Sultan" rolundan sonra məşhurlaşan Məryəm Üzərli biznes fəaliyyətinə başlayıb.
Olkem.az AHT-yə istinadən bildirir ki, o, adını verdiyi maskara (göz tuşu) markasını satışa çıxarıb.
12 yaşından bəri makiyaja həvəsi olduğunu deyən M.Üzərlinin sözlərinə görə, Almaniyanın Hamburq şəhərində aktyorluq məktəbində 6 il oxuduqdan sonra 6 il makiyaj ustası kimi çalışıb.
"Üç arzum vardı. Tarkanla tanış olmaq, "İtmiş balıq Nemo" animasiya filmində Nemonu səsləndirmək və maskara markamı satışa çıxarmaq", – Üzərli deyib.
mənbə : milli.az