16:04 – xeber – Əgər Rusiya Federasiyası Minsk danışıqlarının öhdəliklərini yerinə yetirsə, Avropa Birliyi dərhal tətbiq olunan sanksiyaları ləğv edəcək.
Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Almaniyanın kansleri Angela Merkel çıxış edib.
Onun sözlərinə görə, Rusiyanın Avropa iqtisadi məkanına yaxınlaşması Vladivostokdan Lissabona qədər ümumi iqtisadi zonanın yaradılmasına gətirib çıxaracaq:
“Mən bunun yalnız lehinəyəm”.