Merhum prezidentin xanimi: Bakinin esrarengiz gozelliyi…


[r32]
– xeber –
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov Azərbaycan və Koreya arasında əlaqələrin inkişafına mühüm töhfə vermiş sabiq Prezident, mərhum Roh Mu-hyunun doğulduğu Gyeongsan-namdo əyalətinə səfər edib.
Azərbaycanın Koreyadakı səfirliyindən Axar.az-a bildirilib ki, səfər çərçivəsində Roh Mu-hyun Fondunun icraçı direktoru Co Ho-yonla görüş keçirilib, daha sonra mərhum Prezidentin məzarı ziyarət edilib. Ziyarət zamanı səfir xatirə kitabına ürək sözlərini yazıb və məzarın önünə əklil qoyub.
Daha sonra səfir mərhum Prezident Roh Mu-hyunun Kimhe şəhərinin yaxınlığında yerləşən evini ziyarət edərək həyat yoldaşı Kvon Yanq-sookla görüş keçirib. Görüş zamanı Azərbaycana ilk səfər etmiş Prezident Rohun ölkələrimiz arasında əlaqələrin inkişafına müstəsna töhfə verdiyi qeyd edilib.
Cari ildə Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün hər iki ölkədə qeyd olunduğu bildirilib, həmçinin səfirlik tərəfindən Azərbaycan-Koreya əlaqələrinin inkişafına töhfə vermiş Koreyanın ictimai-siyasi xadimlərinin yad edildiyi vurğulanıb. Bu çərçivədə Roh Mu-hyunun xatirəsinin anılmasının vacibliyi diqqətə çatdırılıb. Belə ki, Azərbaycan-Koreya əlaqələrinin inkişafının təməlinin məhz Prezident Roh Mu-hyunun 2006-cı ildə Azərbaycana və Azərbaycan Prezidenti İlham Əliyevin Koreyaya rəsmi səfərləri ilə qoyulduğu vurğulanıb. Qeyd olunan səfərlər çərçivəsində bir sıra mühüm sənədlərin imzalandığı və hər iki ölkədə səfirliklərin açıldığı bildirilib.
Xanım Kvon Yanq-sook öz növbəsində Azərbaycan səfirinin ziyarətini yüksək qiymətləndirdiyini söyləyib. O, Azərbaycanla bağlı xoş xatirələrini dilə gətirərək Bakının əsrarəngiz gözəlliyinin xatirələrində hələ də yaşadığını bildirib. Xanım Kvon Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə həmin dövrdə keçirilmiş görüşlərin onda xüsusi təəssürat yaratdığını qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı yüksək səfərlər zamanı çəkilmiş fotoşəkillərdən ibarət səfirlik tərəfindən hazırlanmış fotoalbom mərhum Prezidentin həyat yoldaşına təqdim edilib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org