Mercedes yeni E-Class-i teqdim etdi (FOTO)

9 Yanvar 2016 21:55 – xeber –
İnternetdə seriyalı "Mercedes-Benz E-Class"-ın (W213) ilk şəkilləri peyda olub. Şəkillər Detroytda keçiriləcək motor-şouda avtomobilin rəsmi təqdimatından bir həftə əvvəl "WorldCarFans" portalı tərəfindən yayılıb.
Olkem.az auto.az-a istinadən bildirir ki, avtomobil yeni "MRA" platformasında yığılıb. Bunun sayəsində yenilik daha böyük, lakin sələfindən yüngül alınıb. Avtomobili fərqli radiator barmaqlığı, böyük hava çıxıntıları və dəyişilmiş diodlu optika ilə təchiz ediblər. Sedanın uzunluğu 4922 mm-dir. İlkin məlumatlara görə, baqajın ümumi tutumu 695 litri ötməyəcək. Avtomobil böyük şüşə ətraf, daha səlis ban alıb – aerodinamik hava müqaviməti əmsalı 0,23-dür.
Avtomobilin cihazlar panelini 12,3-düymlük displey əvəz edib və onu multimediya sisteminin ekranı ilə birləşdiriblər. Mərkəzi konsolun yuxarı hissəsi "Mercedes S-Class"-da olduğu kimidir: burada klimat sisteminin uyğun deflektorları və "Comand" multimediya sistemi var. Mərkəzdə klimat sistemin idarəetmə elementləri və saat yerləşdirilib. Cihazlar panelinin sol tərəfində elektron əyləclərin idarəetmə düymələri və elektron köməkçilər var. Mərkəzi konsolun aşağı hissəsi "Mercedes C-Class"-dan götürülüb.
Sedanı, həmçinin flaqman "S-Class"-da olan yeni opsiyalarla təchiz ediblər. Yenilik yarıavtonom idarəetmə sistemi alıb. Ona onlarla sensorlar daxildir ki, bu elementlər avtomobilin ətrafında baş verənlərə nəzarət edir. Elektronika avtomobili 200 km/saat sürətdə özü idarə edə bilir. Bunun üçün avtopilot göstəricisinin olması vacib deyil – "E-Class" özü yola uyğunlaşır, lakin 130 km/saat sürətə qədər. Elektronika digər hərəkətdə olanları, göstəriciləri, piyadaları tanıyır.
"Mercedes" bu texnologiyanı "sürücüyə yardım edən yarıavtomat sistem" adlandırır, lakin vurğulayır ki, sürücü istənilən halda əllərini sükanda saxlamalıdır.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org