Meni “men” oldurdu…

23:12 – xeber – Axşam düşürdü. Qaranlıq qara pərdələrini yavaş-yavaş şəhərin üzərinə çəkirdi. Şəhər sakinləri, “Nə durmusan? Qaç canını qurtar! Görmürsən qaranlıq gəlir?!” – deyə yox olurdu. 
 
Bayaqkı səs-küydən əsər-əlamət qalmamışdı. Təkcə küləyin vıyıltısı eşidilirdi. Məni vahimə bürümüşdü. Birdən kimsə arxadan amiranə səslə mənə “Dayan” dedi. 
 
Arxaya baxdım. Bir nəfər mənə yaxınlaşaraq özünü təqdim edib sənədlərimi istədi. Onun adı və soyadı mənimki ilə eyni idi. Sənədlərimi təqdim edib diqqətlə ona baxdım və özümü görüb qorxdum. 
 
O, “mən” idi. 
 
Sənədlərimə diqqətlə baxıb dedi: 
 
– Mənimlə getməlisən! 
 
– Hara?  
 
– Hara lazımdırsa, ora. Düş qabağıma! 
 
Qollarımı qandalladı. Mən mübahisənin əbəs olduğunu görüb “mən”in əmrinə tabe oldum. Biz dar küçələrlə irəliləyib, pilləkənlərlə aşağı düşdük, bir zirzəminin qabağında dayandıq. O, qapını açıb mənə  “Keç içəri” dedi. Məni dəmir barmaqlıqlar arasına salıb qapını bağladı. 
 
Qorxu içində idim. “Bura haradır? Məni niyə bura gətiriblər?” –fikirləşirdim ki, birdən zirzəmidə zəif işıq yandı. İçəriyə bir neçə nəfər də daxil olub yerlərində oturdular. Qəribəsi o idi ki, onlar da “mən” idilər. “Mən”lərdən biri ayağa qalxaraq uzun-uzadı danışıb mənim günahlarımı saymağa başladı. Bu qədər günahımın olduğunu heç özüm də bilmirdim. Sonra başqa “mən” məni müdafiə etmək üçün ayağa qalxdı, çox qısa danışıb oturdu. 
 
Bayaqdan “mən”lərə qulaq asan “Mən” məndən soruşdu: 
 
– Deyilənlərlə razısınızmı? 
 
Mən cavab vermək istəyirdim ki, yerdən səslər ucaldı: 
 
– Bəli, bəli, bəli! 
 
Səs gələn tərəfə baxdım, onlar da “mən” idilər. “Mən” məni öldürməyi əmr etdi; “mən” əlindəki xəncəri bir neçə dəfə ürəyimə sancdı. Ürəyimdən qapqara qanlar axmağa başladı və damcılar yerə düşməmiş əcaib varlığa çevrilib yox oldu. Həmin o əcaib varlıqlar da “mən” idilər… 
 
Gözlərimi açanda hava işıqlanırdı. Günəş üfüqdən boylanıb şüaları ilə məni salamlayırdı. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org