9 İyun 2016 15:44 – xeber –
Əməkdar artist Elza Seyidcahan geyimlərini ələ salanlardan bəhs edib.
Axşam.az-ın məlumatına görə, müğənni "10-dan sonra" verilişində fərqli imicinin hər zaman tənqid edildiyini deyib:
"Səhnəyə obrazla çıxırsan, insanlar barmaq uzadıb gülürlər. Onlar özləri düzgün geyinməyənlərdir.
Özləri yaşlarına uyğun libas seçə bilmirlər. Səhnə adamı fərqli geyinəndə təhqir edirlər, həvəsdən salmağa çalışırlar".