Memurlar bunu edende cerimelenecek – Qanun

11:20 – xeber – Milli Məclisin bugünkü iclasının gündəliyində maraqlı məsələlər var. Onlardan biri İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişiklikdir. Bu dəyişiklik vətəndaşların müraciətlərinə baxılması zamanı dövlət orqanları və vəzifəli şəxslərin yol verə biləcəyi laqeydliyin və süründürməçiliyin aradan qaldırılmasına yönəlib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov yazıb.
 
Ərşad Hüseynov bildirib ki, bu dəyişiklik Milli Məclisin iclasında qəbul edilərsə, məmurlar süründürməçiliyə görə cərimələnəcək:
 
“Dəyişiklik qüvvəyə mindikdən sonra vətəndaşların müraciətlərinin qəbul edilməməsinə, vətəndaşların müraciətlərinin baxılması üçün şikayət edilən orqanın və ya onun vəzifəli şəxslərinin özlərinə göndərilməsinə, vətəndaşların qəbulunun "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməməsinə, habelə müraciətə görə vətəndaşın təqib edilməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq ediləcək və ya onlar 100 manat məbləğində cərimə olunacaq. Bunu edən hüquqi şəxslər isə 200 manat məbləğində cərimələnəcək. Amma yeni norma müraciətə vaxtında cavab verilməməsinə görə məsuliyyət müəyyən etmir”.
 
Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org