Memmedyarovla Alfano arasinda telefon danisigi


[r32]
– xeber –
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano arasında telefon danışığı olub.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, telefon danışığında Azərbaycan və İtaliya arasında əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
İtaliyanın Azərbaycanın Avropa İttifaqı üzv ölkələri arasında əsas ticarət tərəfdaşı olduğu qeyd olunaraq iqtisadi-ticarət əlaqələrinin daha inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. İki ölkənin enerji sahəsində uğurlu əməkdaşlığı xüsusi olaraq vurğulanıb.
Nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib və Angelino Alfano dəvəti məmnuniyyətlə qəbul edib.
Həmçinin Elmar Məmmədyarov İtaliyanın 2018-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri statusunu üzərinə götürməsi münasibətilə həmkarını təbrik edib və bu işdə İtaliya tərəfinə uğurlar arzu edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org