Memmedyarov Doroxini tebrik etdi


[r32]
– xeber –
Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin hazırkı səviyyəsindən, yüksək səviyyəli səfərlər mübadiləsindən məmnunluq ifadə olunub.
Səfir fəaliyyət müddəti ərzində Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylə çalışdığını bildirib və ölkələr arasında münasibətlərin səmimi xarakterinin bundan sonra da davam etdiriləcəyinə, əldə olunmuş təcrübənin hər iki dövlət və xalqların maraqları naminə istifadə ediləcəyinə ümidvar olduğunu vurğulayıb. V.Doroxin həmçinin Azərbaycanın sabitliyi və tərəqqisi istiqamətində Azərbaycan hökumətinə uğurlar arzulayıb.
E.Məmmədyarov fəaliyyəti müddətində V.Doroxinin dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək, ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org