Memmedov Qazaxistanda diplomatlara muhazire oxudu

20:49 – xeber – Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədov Qazaxıstanın paytaxtı Astanada gənc diplomatlara diaspor mövzusunda mühazirə oxuyub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin gənc diplomatları üçün təşkil edilən seminarda R.Məmmədov dövlətlərarası münasibətlərdə diasporun rolu və onun əhəmiyyəti barədə danışıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Komitə sədrinin müavini, həmçinin seminar iştirakçılarını Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumatlandırıb, gənclərin diaspor sahəsindəki yeri və əhəmiyyətini, Türk Şurasının bu istiqamətdə gördüyü işləri xüsusi vurğulayıb. İnteraktiv ortamda keçən dərsdə R.Məmmədov gənc diplomatların suallarını cavablandırıb, geniş müzakirələr aparılıb.
 
Türk Akademiyasının aparıcı eksperti, TDƏŞ-in Ağsaqqallar Şurasının Qazaxıstan təmsilçisi Adil Axmetov da seminar iştirakçılarına mühazirə oxuyub.
 
Türk Şurası Gənc Diplomatların 3-cü Ortaq Təhsil Proqramı Qazaxıstan Xarici İşlər Nazirliyi və Nazarbayev Universitetinin dəstəyi ilə keçirilir. Türkdilli ölkələrin gənc diplomatları üçün önəmli bir foruma çevrilən təhsil proqramında xarici siyasət, diplomatiya, cəmiyyət, iqtisadiyyat, tarix və ədəbiyyat kimi mövzuları əhatə edən dərslər keçirilir.
 
Proqramın sonunda gənc diplomatlara sertifikatlar verilib. Sertifikatları Türk Şurasının sədri Ramil Həsənov iştirakçılara təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org