“Melik Dadasova gore nazirle dusmen oldum”

15:42 – xeber – “Təhminə” filmi çəkiləndə hələ Zərnigar Ağakişiyeva söhbəti yox idi. Məni Aliyə roluna dəvət edəndə, dedim, Rasim müəllim, Zaurun anası rolunda kimi çəkəcəksiniz? Məni çəkin də. O da cavab verdi ki, Elmira, nə danışırsan, sənin üzündə o qədər nur var, Təhminəyə qayınanalıq edə bilməzsən.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Elmira Şabanova APA-ya müsahibəsində deyib. O, Polad Bülbüloğlu ilə yaşadığı konflikt haqda da danışıb:
 
“Əbülfəs Qarayevi çox istəyirəm. O, mənə çox kömək edib. Xalq artisti adını 2006-cı ildə almışam. Halbuki illər əvvəl almalı idim. Bu da nəyə görə olub? Keçmiş nazir Polad Bülbüloğlu ilə aramızda konflikt yaranmışdı. Məlik Dadaşov Rus Dram Teatrında işləyəndə məni ora dəvət eləmişdi. Sonra direktor oldu. Poladla Məlikin arası yox idi. O vaxt mən Məlik Dadaşovu müdafiə elədim, oldum Polad Bülbüloğlu ilə düşmən. Amma Əbülfəs Qarayev gələn kimi məni çağırdı ki, sizə xalq artisti adı üçün təqdimat yazıram. Amma nazirliyin kino şöbəsi ilə… Nə isə, danışmaq istəmirəm, dərinə getməyək. Kinostudiyanın direktoru Müşfiq Hətəmovu çox istəyirəm, münasibətimiz də əladır. Müşfiq çox yaxşı oğlandır, ona işlərində uğurlar arzu edirəm”.
 
Elmira Şabanova mərhum aktyor Ceyhun Mirzəyevin ona sevgisindən də söz açıb:
 
“Ceyhun mənə vurulanda balaca uşaq idi. Qoy lap əvvəldən danışım. Allah rəhmət eləsin, SSRİ xalq artisti Məhərrəm Haşımov bizə dərs deyirdi. O, Rus Dram Teatrının direktoru idi. Tələbələrini teatra təcrübəyə aparırdı. Rüfət də teatra dostlarının yanına gəlib-gedirdi. Görürdüm, altdan-altdan mənə baxır, göz qoyur. Bir gün dedi, filmə çəkilmək istəyirsiniz? Mən də cavan qız, birinci kurs tələbəsi. Dedim, əlbəttə, istəyirəm, amma atam-anam qoymaz. Gedib danışdı, razı saldı, məni apardılar Nabrana. “Əsl dost” filminin çəkilişi gedir, yaradıcı heyətin hamısı cavan uşaqlardır. Məsələn, Eldar Quliyev yadıma düşür. Cavan assistent idi. Rüfət hamıya tapşırmışdı ki, bu qızı incitməyin, onunla evlənəcəyəm. Məndən də 17-18 yaş böyük. Ceyhun Mirzəyev də məndən beş-altı yaş balaca olardı. Bir dəfə gördüm, hamının başına dolandığı bu suyuşirin uşaq heç kimə yaxın getmir, qaşqabağını sallayıb oturub. Soruşdum, Ceyhun, nolub sənə? Birdən qayıdasan ki, o kişiyə getmə, böyüyüm, səni özüm alacağam”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org