Mehriban Eliyeva: “Onlarin esas meqsedi…”

17:03 – xeber – Fevralın 19-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransa Senatının Yuxarı Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Fransa Senatının üzvlərini Bakıda görməkdən məmnun olduğunu bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nümayəndə heyətinin bu səfərinin Azərbaycan-Fransa əməkdaşlığının daha da möhkəmlənməsinə, xüsusilə də parlamentlərarası əlaqələrin genişlənməsinə töhfə verəcəyini vurğulayıb.
 
Mehriban Əliyeva ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə güclü əməkdaşlığın olduğunu, əlaqələrin yaxşı templərlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, əməkdaşlığın yüksək səviyyəyə çatmasında Fransa Senatının üzvlərinin, həmçinin Azərbaycanın Fransadakı dostlarının və Fransa-Azərbaycan dostluq qrupunun üzvlərinin əməyi böyükdür. Dostluq qrupunun əsas məqsədi Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaqdır.
 
“Şadam ki, birgə fəaliyyətimiz nəticəsində son illər bir çox uğurlara nail olmuşuq. Bu illər ərzində Fransa və Azərbaycanın 12 regionu və şəhəri arasında qardaşlaşma və əməkdaşlıq haqqında sənədlər imzalanıb”, – deyən Mehriban Əliyeva ölkəmizdə Fransız Liseyinin fəaliyyət göstərdiyini, bu il Fransız Universitetinin açılışının nəzərdə tutulduğunu da qonaqların diqqətinə çatdırdı.
 
Heydər Əliyev Fondunun prezidenti Fransada Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin təşkil olunduğunu, bu il də belə tədbirlərin keçiriləcəyini bildirərək, bütün bunların ölkəmizin daha yaxşı tanıdılmasına xidmət etdiyini vurğuladı. Ölkəmizə səfər edən Fransa Senatı üzvlərinin paytaxtla yanaşı, regionlarımıza da səfər edəcəklərini məmnunluqla qeyd edən Azərbaycanın birinci xanımı səfər zamanı qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanlarla görüşəcəklərini dedi. Azərbaycanın 20 ildən çoxdur ki, münaqişənin sülh yolu ilə həllinə çalışdığını diqqətə çatdıran Mehriban Əliyeva danışıqların heç bir nəticə vermədiyini təəssüflə vurğuladı. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri bildirdi ki, Azərbaycan dövləti bu məsələdə Fransanın dəstəyini yüksək qiymətləndirir.
 
“Mövqeyimiz bəllidir: bizim digər ölkənin torpaqlarına iddiamız yoxdur. Biz Azərbaycan torpaqlarının azad olunmasını, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını istəyirik”, – deyən Mehriban Əliyeva Fransada güclü erməni lobbisinin fəaliyyət göstərməsindən danışıb və vurğulayıb ki, onların əsas məqsədi Azərbaycan haqqında yalan informasiya yaymaqdır. Dostluq qrupunun məqsədi isə Fransa ictimaiyyətini həqiqətlərlə tanış etməkdir. Mehriban Əliyeva bu işdə göstərilən dəstəyə görə Fransa Senatının üzvlərinə təşəkkürünü bildirdi.
 
Fransa Senatının üzvü Jan Mari-Bokel Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində rolunu yüksək qiymətləndirib.
 
Görüşdə xatirə şəkli çəkdirilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org