Mehmanxanalarla bağli yeni standartlar hazirlanib

28 Dekabr 2015 15:03 – xeber –
Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin təsnifati, ulduz kateqoriyalarinin müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi barədə yeni standartlar hazırlanıb.
Trend Ədliyyə Nazirliyinin reyestrinə istinadən xəbər verir ki, bu standart "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifati, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi" dövlət standartına dəyişikliklər edilməklə hazırlanıb. 2. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
Bu standart mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirməsi meyarlarının müəyyən edilməsi və tətbiq edilməsi məqsədi ilə hazırlanmışdır.
Beynəlxalq təcrübə nəzərə alınmaqla yerli və xarici turistlərin mehmanxana, mehmanxana tipli obyektlərin, otaqların təsnifatı barədə ətraflı məlumat almaları üçün obyektlərin və otaqların adı azərbaycan dili ilə yanaşı xarici dillərdə göstərilmişdir.
Yebni standrtlara əsasən, mehmanxana və mehmanxana tipli obyektlərin kateqoriyası "ulduz" işarəsi ilə müəyyən olunur. Burada ən yüksək kateqoriya – "beş ulduz", ən aşağı kateqoriya isə "bir ulduz" kimi qəbul edilir.
Bir ulduzlu obyektlərdə sadə aksessuarlar, otaqda bir gecəlik qalmaq üçün nəzərdə tutulan lazımi ənənəvi vasitələr çox təmiz və qüsursuz vəziyətdə olmalıdır.
İki ulduzlu obyektlərdə funksional və rahat aksessuarlar, gecə qalmağa imkan verən xidmətlərlə yanaşı, digər məhdud xidmətlər təklif edilir. Qurğuların və vasitələrin keyfiyyəti onların funksionallığı və təmizlik meyarı ilə ölçülür, istifadə olunan materiallar daha az əhəmiyyətə malikdir.
Üç ulduzlu obyektlərdə qonaqların görüntü dairəsində olan nəfis və vahid formalı aksessuarların mövcudluğu zəruridir. Elektron avadanlıqlar yaxşı vəziyyətdə olmalı və yaxşı xidmət göstərməlidir.
Dörd ulduzlu obyektlərdə yüksək səviyyəli aksessuarlar, keyfiyyətli və vaxtlı-vaxtında yeniləşdirilmiş aksessuarlara malik geniş otaqlar olmalıdır.Yaxşı səs izolyasiyası, yüksək səviyyəli xidmət və çox yaxşı vəziyyətdə olan elektron avadanlığın mövcudluğu vacibdir.
Beş ulduzlu obyektlərdə hər yerdə eksklüziv, lüks aksessuarlar, nəfis, yüksək keyfiyyətli və zərif materiallarla müşayiət olunan xüsusi dizayn, qüsursuz vəziyyətdə olan elektron avadanlıqlar olmalıdır. Beynəlxalq dəbdəbəli mehmanxana standartlarında təklif olunan arxitektura, qurğular, vasitələr, ətraf mühit və xidmətlərin mövcudluğu vacibdir.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org