Mehkemeden Terane Qumrala 2 minlik guzest

3 Mart 2016 17:14 – xeber –
Bu gün Bakı Apellyasiya Məhkəməsində müğənni Nazəninin əri Məhəbbət Həsənovla digər müğənni Təranə Qumral arasında olan məhkəmə çəkişməsi davam etdirilib.
Qafqazinfo-nun verdiyi xəbərə görə, müğənni Təranə Qumralın vəkili Vasif İsrafilov tərəfindən Nərimanov rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Hakim Tofiq Səmədovun sədrliyi ilə keçirilən iclasda qərar verilib.
Nərimanov rayon Məhkəməsinin hakimi Fuad Abdıyevin 13 noyabr 2015-ci il tarixli qərarı ilə T.Qumral 5 min manat cərimə olunub. Bununla yanaşı ondan təkzib vermək tələb olunub.
Vəkil Vasif İsrafilov qərardan apellyasiya şikayəti verərək bildirib ki, rayon məhkəməsində qərar Mülki Prosessual Məcəllənin tələblərinin pozulması ilə qəbul edilib: "Məhkəmənin gəldiyi mühüm nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar məhkəmədə araşdırılmayıb. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmayıb. Ona görə də həmin qanunsuz və əsassız qətnamə Apellyasiya instansiyasında ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılıb qanuni və əsaslı qətnamə qəbul edilməlidir".
Məhkəmənin qərarı ilə vəkil V.İsrafilovun şikayəti qismən təmin edilib. Təranə Qumral 3 min manat cərimə olunması barədə qərar verilib.

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org