Mehkemeden sabiq deputatla bagli – Qerar


[r32]
– xeber –
Sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin apelyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədərliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Dünyamin Xəlilovun cəzası 12 il 9 aya endirilib.
Digər təqsirləndirilən Mənsur Zeynalovun cəzasının 4 il 6 aya endirilməsi barədə qərar qəbul edilib.
Digər təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Mənsur Zeynalov 5 il müddətinə cəza kəsilib. Onlar məhkəmə zalında həbs edilib.
Şakir Musayev, Rauf Əliyev və Ruslan Əsgərov 4 il müddətinə şərti cəza alıb.
Hökmdən narazı qalan Dünyamin Xəlilov və digər təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar bəraət hökmünün çıxarılmasını istəyiblər.
İttihama görə, Dünyamin Xəlilov Azərbaycan Beynəlxalq Bankı ASC İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.
O, Səbail Mebel ASC-nin baş direktoru Seyfulla Seyfullayev, Aqora MMC-nin direktoru Fərhad Əmiraslanov, Kondor Qrup MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını qəsdlə və təkrar talayaraq mənimsəyib.
Dəstə üzvləri həmçinin Azərbaycan Beynəlxalq Bankına külli miqdarda ziyan vurublar.
Daha sonra təqsirləndirilən Rauf Əliyevin apelyasiya şikayətinin verilmə müddətinin bərpasına görə iş birinci instansiya məhkəməsinə qaytarılması istənilib. Məhkəmə vəsatəti təmin edib. Cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org