Mehemmed Elinin qeyri-adi celdliyi – Video

16:19 – xeber – Məhəmməd Əli boks tarixçiləri, idman ekspertləri və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən əfsanəvi ABŞ boksçusudur.
 
Əsl adı Kassius Kley olan Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. Onun boksa gəlməyinin qəribə tarixçəsi var. Kassius 12 yaşında olarkən onun velosipedini oğrayırlar. Tez tədbir görmək qərarına gələn kiçik Kley cəld polis idarəsinə yollanır. O, polis zabitinə müraciət edərək, xuliqanın dərhal həbs edilərək, yaxşıca əzişdirilməsini tələb edir. Polis zabiti ona bunu edə bilmək üçün əvvəlcə bu işi bacarmağın lazım olduğunu bildirir. Elə səhərisi gün Kley artıq Joy Martinin boks məktəbinə yazılır.
 
Kley 1960-cı ildə Romada keçirilən Olimpiya oyunlarında qızıl medala layiq görülür. 1960-63-cü illərdə keçirdiyi bütün 19 görüşü tam qələbə ilə başa vurur.
 
1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley islamı qəbul edir və özünə Məhəmməd Əli adını götürür. Məhəmməd Əli məşhur “Taym” jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. O, çıxdığı bütün döyüşlərdə azarkeşlərin hər zaman qəlbini fəth edən nadir idmançılardandır.
 
Vyetnam müharibəsinə getməkdən imtina etdiyi üçün 1967-ci ildə ağır çəkidə peşəkar boks üzrə dünya çempionu, həmçinin bütün titullardan məhrum edilən, külli miqdarda cərimələnən Məhəmməd Əli 1970-ci ildə yenidən rinqə qayıdır və məşhur boksçu Co Frayzerə revanş matçında qalib gələrək, titulunu geri qaytarır.
 
1978-ci ildə isə Leon Spinkslə revaşn matçında üçüncü dəfə çempion adını geri almağı bacarır. Daha sonra Parkinson xəstəliyinə tutulan Əli rinqdən uzaqlaşır.
 
Qeyd edək ki, Məhəmməd Əli həm də bənzərsiz ayaq hərəkətləri ilə “rinqin rəqqası” kimi məşhurdur.
 
Axar.az əfsanəvi boksçunun cəldliyini və qeyri-adi sürətini əks etdirən videonu təqdim edir.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org