Mehdi Memmedovun oglu Hamleti nece qorxutdu? – Video

16:55 – xeber – Bu gün görkəmli aktyor, əməkdar artist Hamlet Xanızadənin anım günüdür.
 
Axar.az xatırladır ki, Hamlet Xanızadə 1941-ci il iyunun 5-də Bakının Şağan qəsəbəsində anadan olub.
 
İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olan Hamlet Xanızadə 1961-ci ildə Akademik Dram Teatrına gəlib. O, Mehdi Məmmədov, Əlağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı və onlarla sənət korifeyləri ilə birgə işləyib, sənətin sirlərini mənimsəyib.
 
Dünya ədəbiyyatı incilərindən F.Şillerin, V.Şekspirin əsərlərində rol alan Hamlet “Dəli yığıncağı”, “İblis”, “Ölülər” kimi tamaşalarda unudulmaz obrazları canlandırıb.
 
Bundan başqa, “Axırıncı aşırım” (Talıbov), “Arxadan vurulan zərbə” (İmaş), “Babək” (Xəlifə Mötəsim), “Bizim Cəbiş müəllim” (Kapitan), “Qərib cinlər diyarında” (Raki), “Köhnə bərə” (Raykom katibi), “Nizami” (Əbu Bəkr) kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.
 
Aktyor Ənvər Həsənov “Yeddi oğul istərəm” filminin çəkilişləri ilə bağlı danışarkən maraqlı bir hadisəni qeyd edir:
 
“Qobustanda çəkiliş zamanı gördük ki, cırhacır istidə bir neçə nəfər bizə tərəf gəlir. Əllərində də uzun bir taxta var idi. Fikirləşdik ki, biz məcburuq bu istidə çöllərə düşməyə, axı bu insanlara nə düşüb? Bizə ilan yığdıqlarını dedilər: ”Aparıb bunları lazımı quruma təhvil veririk, zəhərindən dərmanlar düzəldirlər”. Biz bunların danışığına qulaq asırdıq, elə bu dəm Elçin Məmmədov (Mirpaşa) Hamlet Xanızadənin (Gizir) ayağından tutub, ilan kimi fışıldadı. Hamletin ürəyi getdi, aləm qarışdı”.
 
O, bütün bunları cəmi 48 illik ömrünə sığdırdı. 1990-cı il 20 Yanvar hadisələri Hamlet Xanızadəni sarsıtdı. Əməkdar artist bu qanlı olayın ağrısını özündə cəmi 13 gün gəzdirə bildi. Yaxınları deyir ki, aktyor tez-tez Şəhidlər Xiyabanına baş çəkər, saatlarla orada məzarların önündə dayanardı.
 
Qeyd edək ki, Hamlet Xanızadə 1990-cı il fevralın 3-də Bakıda vəfat etsə də, onun adına açılmış vikipediya səhifəsində ölüm tarixi 23 fevral kimi göstərilib.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org