Medende ucqun bas verdi, 25 nefer dağintilar altinda qaldi

14:45 – xeber – Çində gips mədənində uçqun baş verib.

Olkem.az xeber verir ki, anspress-in Rusiyanın Tass agentliyinə istinadən verdiyi məlumata görə, Şandon əyalətində baş verən hadisə zamanı dağıntılar altında 25 nəfərin qaldığı bildirilir.

Gips mədənində uçqun səhər saatlarında baş verib. İlkin ehtimallara görə, qəzaya səbəb 4 bal gücündə zəlzələnin olmasıdır.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Linyi qəsəbəsi ərazisindəki mədəndə həmin vaxt 29 nəfər işləyirmiş. Xilasedicilər dağıntılar altından 4 nəfəri sağ çıxara biliblər. Hazırda digər 25 nəfərin tapılması üçün 90 nəfərlik xilasedici heyətlə axtarış-xilasetmə işləri aparılır.

Hadisənin baş verdiyi ərazinin xəritəsi

Çində mədən qəzaları tez-tez baş verir. Tarixdə böyük tələfatla nəticələnən belə qəzalardan biri 1942-ci ildə olmuşdu. Çinin Liaoning əyalətində “Honkeiko” kömür mədənində baş verən həmin hadisəyə qaz və kömür tozunun qarışması səbəb olub. Partlayış zamanı 549 mədənçi həyatını itirmişdi. Sonralar aparılan tədqiqatlar zamanı məlum olub ki, mədənçilərin ölümünə səbəb olan əsas amil ventilyasiya sisteminin bağlanması və karbonmonoksit qazından zəhərlənmə olub.

Daha bir qəza Çinin Şanzi əyalətində, Laobaidong kömür mədənində 1960-cı il baş verib ki, bu zaman partlayış nəticəsində 684 mədən işçisi həlak olub. Bu faciə ilə bağlı sənədlərsə 30 ildən çox dövlət tərəfindən gizli saxlanılıb.

Göründüyü kimi, böyük sayda insan itkisi ilə nəticələnən mədən qəzalarının sayına görə Çin dünya ölkələri sırasında ön yerdə durur. Bu baxımdan, 2012-ci ildən sonra ölkədə mədənlərdə təhlükəsizlik tədbirləri artırılıb. Bu baxımdan son 3 ildə Çində həm mədən qəzalarının, həm də ölən mədənçilərin sayının təxminən 25 faiz azaldığı bildirilir.

mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org