MB manat ucun herekete kecdi – Şerh

15:05 – xeber – Uçot dərəcəsinin 5 illik fasilədən sonra ilk artım ehtimalı nə qədər gözlənilirdisə, növbəti artım üçün ehtimalı da bir o qədər yüksək idi.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu haqda iqtisadçı ekspert Samir Əliyev açıqlama verib. Onun sözlərinə görə, bundan sonra banklar Mərkəzi Bankdan illik 7 faiz dərəcəsi ilə mərkəzləşdirilmiş kreditlər alacaq:
 
“Mərkəzi Bank bu addımı ilə inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini artırmaq niyyətindədir. MB yaxın bir ildə pul kütləsini azaltmaqla qiymətləri tənzimləməyə çalışır. Hazırda pul kütləsi 2010-cu il səviyyəsindədir. İqtisadiyyatın həcmi isə həmin vaxtdan xeyli böyüyüb. Pul kütləsini indiki səviyyədə saxlamaq iqtisadi aktivliyi boğmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına böyük əngəl yaradır. Eyni zamanda, pul kütləsinin məhdudlaşdırılması bank sektoru və iqtisadiyyat üçün çətinliklər yaradır. Məhz buna görə də Mərkəzi Bank əlindəki digər alətləri istifadə etməyə başlayıb. Bu artım son deyil. Mərkəzi Bank il ərzində mərhələlərlə uçot dərəcəsini artıracaq. Hətta artımın ikirəqəmli həddə çatdırılması istisna edilmir. Ehtimal etmək olar ki, Mərkəzi Bank iqtisadi aktivliyi və manat kreditlərinə əlçatanlığı təmin etmək üçün pul kütləsini artırmaq niyyətindədir”.
 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə bu gündən uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17% səviyyəsində müəyyən olunub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org