Mayk Pensin İsrail seferindeki qeribe detal


[r32]
– xeber –
ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra vitse-prezident Mayk Pensin İsrailə edəcəyi səfərin protokolundakı bəzi detallar insanlar arasında çaşqınlığa səbəb olub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Mayk Pens çərşənbə günü baş tutacaq İsrail səfəri çərçivəsində “Qərb divarı”na (Ağlama divarı) gedəcəyi hissə illərdir tətbiq olunan protokola uyğun olaraq növbəti dəfə rəsmi səfər çərçivəsində yer almayıb. Protokolda Pensin “Qərb divarı”na xüsusi səfər etməyəcəyi qeyd olunub.
ABŞ-lı diplomat Martin İndik Tvitter hesabında sözügedən protokolla bağlı tənqidi fikirlər yazıb: “Əgər bu xəbər doğrudursa, Donald Trampın Qüdsü paytaxt kimi tanıması qərarına rəğmən ABŞ-ın məsələdəki mövqeyində dəyişiklik edilmədiyi anlamına gəlir”.
ABŞ rəsmiləri Qüdsü İsrailin paytaxtı kimi tanımadığı illərdə “Ağlama divarı”nın yerləşdiyi bölgəyə İsrailə rəsmi səfər çərçivəsində yox, protokol xaricində xüsusi səfər həyata keçirilirdi.
Qeyd edək ki, “Ağlama divarı” və ya “Qərb divarı” adları ilə tanınan 485 metr uzunluğunda olan tikili əsrlər öncə inşa edilən yəhudi məbədlərindən birinin qalıqlarıdır. Məbəd dağının ətrafında yerləşən bu tikili I əsrdə romalılar tərəfindən dağılmışdı.
Sözügedən dağın ətrafında islama aid müqəddəs ibadətgahlar mövcuddur.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org