"Mauqlinin Yeni ili" azyasli tamasacilari sevindirmekde davam edir (FOTO)

3 Yanvar 2016 12:54 – xeber –
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il karnavalı öz axarı ilə davam edir. Məktəblilərin qış tətili günlərində teatr öz azyaşlı dostlarına gənc yazar Pərvin Nurəliyevanın "Mauqli" pyesi əsasında hazırlanmış "Mauqlinin Yeni ili" tamaşasını təqdim edir.
Teatrın mətbuat xidmətindən Olkem.az-a bildirblər ki, balacaların sevimli nağıl personajı olan Mauqlinin yeni il sərgüzəştlərindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Yeni il tamaşasında əsas obrazları gənc və istedadlı aktyorlar Zaur Əliyev (Dövlət Musiqili Teatr), Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev, Elgün Yəhyayev, Vahid Orucoğlu, Elnur Əliyev, Anar Seyfullayev, Elşən Şıxəliyev, Rəşad Səfərov, Müşfiq Əliyev, Anar Səfiyev, Bəhram Həsənov ifa edirlər.
Yeni ilin varlığından xəbərsiz olan Mauqli bu bayramın mövcudluğunu dostları sayəsində öyrənir. Lakin bayramın onların yaşadığı cəngəlliklərdə keçirməyin mümkünsüzlüyünü də başa düşür. Ancaq buna baxmayaraq o ümidini itirmir… Bəs Mauqli yeni ili necə qeyd edir? Bunu bilmək istəyirsinizsə gec olmadan Dövlət Gənc Tamaşaçılar Teatrına tələsin.
Ötən ilin dekabr ayının 26-dan start götürən karnaval yeni ilin yanvar ayının 4-dək hər gün saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək.
Yeni tamaşa ilə yanaşı hər il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış Yeni il proqramına dəvət edirlər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda "Mauqlinin yeni ili"ni izləmək imkanı əldə edirlər.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org