Masin asdi, surucunun anasi oldu – Xizida

18:36 – xeber – Xızı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. 
 
ANS-in məlumatına görə, Giləzi qəsəbəsində Bakı şəhər sakini Amid Məmmədov idarə etdiyi "Mitsubishi" markalı 90- BR- 940 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
 
Nəticədə avtomobildə olan sərnişinlərdən- sürücünün anası 1963-cü il təvəllüdlü Minayə Məmmədova hadisə yerində ölüb, digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
 
Faktı Xızı Rayon Polis Şöbəsi araşdırır.
 
Bir neçə gün əvvəl də Bakıda baş verən qəzada sürücünün ailə üzvləri ölüblər. Bakı-Ucar magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində Natiq Hacıağa oğlu Yəhyayevin idarə etdiyi “İsuzu” markalı 10- TF- 386 dövlət nömrə nişanlı rayonlardan birinə sərnişin daşıyan avtobus qarşıdan gələn 1980-cı il təvəllüdlü Ramin Ələddin oğlu Əmiraslanovun idarə etdiyi 99-ED-605 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
 
Qəza nəticəsində zərbənin təsirindən minik maşını deformasıyaya uğrayıb və avtomobildə olan sərnişinlər- Şəmkir rayonunun Təzəkənd kənd sakinləri- 1954-cü il təvəllüdlü Nanə Məmməd qızı Əmiraslanova və 1983-cü il təvəllüdlü Röya Rasim qızı Əmiraslanova aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər.
 
Ölənlərin sürücünün anası və həyat yoldaşı olduğu bildirildi.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org