Masallinin 483 min manat qaz borcu var

19:23 – xeber – Masallı rayonunun Ərkivan qəsəbəsi, Qəriblər, İsilər və Kosakül kəndlərində qaz təchizatının dayandırılmasının əsas səbəbi istifadə edilmiş təbii qazın dəyərinin istehlakçılar tərəfindən ödənilməməsi və ya qismən ödənilməsi olub.
 
Bu barədə  Report-a “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Qurumun açıqlamasına görə, həmin yaşaıyış məntəqələrinin sakinlərinin qaza görə ümumi borcu 2009-cu ilin oktyabrından sonrakı dövrü əhatə edir: “Ölkə başçısının müvafiq fərmanı ilə 2009-cu il oktyabrın 1-nə əhalinin təbii qaza görə yaranmış borcu silinib. Lakin qeyd olunan yaşayış məntəqələrinin sakinləri tərəfindən 2009-cu il oktyabrın 1-dən bu ilin mayın 1-dək qazın dəyərinin tam ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb olub. Nəticədə, 482 158 manat həcmində ödənilməmiş debitor borc yaranıb".
 
"Borcun 402 745 manatı Ərkivan qəsəbəsi, 30 910 manatı Qəriblər kəndi, 6 571 manatı İsilər kəndi, 41 932 manatı isə Kosakül kəndinin payına düşür. Qeyd olunan yaşayış məntəqələrində yaşayan abonentlər Lənkəran Regional Qaz İstismar İdarəsinin, Masallı rayonu üzrə xidmət sahəsinə yaxınlaşaraq öz borcları barədə ətraflı məlumat əldə edə bilərlər. Qazın verilməsində məhdudiyyətin yaranmaması üçün istifadə olunmuş təbii qazın dəyərinin dərhal ödənilməsi xahiş olunur”, – deyə İB-dən bildirilib.
 
Qeyd edək ki, bəzi KİV-də Masallı rayonunun bir neçə kənd və qəsəbəsində təbii qazın dayandırılması ilə bağlı informasiyalar yayılıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org