16:34 – xeber – Türkiyənin Mardin vilayətinin Midyat rayonunda törədilən terror aktına görə məsuliyyəti PKK öz üzərinə götürüb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, partlayış “İshaq Qatar”(Dirok Əhməd) kod adlı terrorçu tərəfindən törədilib.
Xatırladaq ki, iyunun 9-da bomba yüklü avtomobil Midyat Rayon Polis İdarəsinin inzibati binasına çırpılıb.
Hadisə nəticəsində 3-ü polis olmaqla, 6 nəfər həlak olub, 51 nəfər yaralanıb.