Malena Mard İlham Eliyevin fermanini serh etdi

11:21 – xeber – Azərbaycan Prezidenti İlham Əliyevin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və Asan viza sisteminin yaradılması” haqqında Fərmanını alqışlayırıq.
 
Azərtac xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
 
Malena Mard bildirib ki, bu Fərman çox böyük əhəmiyyətə malikdir. Fərman Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axınının çoxalmasına şərait yaradacaq. Bildiyiniz kimi, bu yaxınlarda Avropa İttifaqı ilə Azərbaycan arasında biznes forum keçirildi. Forumda müzakirə olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. Asan viza bu işə öz töhfəsini verəcək və uğurlu olacaq.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutmasının və növbəti görüşün keçirilməsi ilə bağlı razılığın əldə edilməsinin çox müsbət göstərici olduğunu deyən diplomat vurğulayıb ki, Avropa İttifaqı bu cür görüşlərin keçirilməsini alqışlayır.
 
“Biz çox şadıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bu cür addımlar atılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org