“Lume”kitabi ne demekdir?

7 Yanvar 2016 22:15 – xeber –
Olkem.az islam.az-a istinadən bildirir ki, "Lümə" dini təhsil prosesində mütləq oxunan kitabın qısaldılmış adıdır. Kitabın bütöv adı "əl-Lümət əl-Diməşqiyyə"dir. Fiqh mövzusunda qələmə alınmış bu əsərin müəllifi XIV əsrdə yaşamış məşhur cəfəri alimi, "birinci şəhid" (şəhidi-əvvəl) ləqəbi ilə tanınan Şəmsəddin Məhəmməd ibn Məkki Amilidir. Həcminin kiçik olmasıma baxmayaraq, kitab fıqhin bütün bölümlərini əhatə edir. Müəllif bu əsəri Diməşq zindanında həbsdə yatdığı zaman qələmə almışdır. Şəhidi-əvvəl məzhəbi mənsubiyyətinə görə təəssübkeş Misir və Şam hakimlərinin əmri ilə edam edilmişdir. "Lümə" kitabına XVI əsrdə yaşamış digər cəfəri alimi Zeynəddin Amili şərh yazmışdır. Bu alim də təəssübkeş qüvvələr tərəfindən şəhid edildiyi üçün "ikinci şəhid" (şəhidi-sani) kimi tanınır. Mədrəsələrdə uzun əsrlərdir ki, "Lümə" kitabını şərhi ilə birlikdə ilkin fiqh dərsliyi kimi tədris edirlər. "Lüməni çıxmaq", yəni bu kitabı oxuyub başa vurmaq fiqh elmi ilə ilkin tanışlıq əldə etmək mənasını verir.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org