llahi cagirin ki, duaniz qebul olunsun

7 Yanvar 2016 21:45 – xeber –
Hədisi nəql edən deyir: "İmam Sadiqə (ə) dedim: "Allah kitabında iki ayə vardır ki, o ikisini axtarıram, ancaq tapmıram". İmam (ə) soruşdu: "Bu iki ayə hansılardır?". 
Olkem.az deyerler.org-a istinadən bildirir ki, hədisi nəql edən deyir: "Allah Təala buyurur: "Məni çağırın ki, Mən də duanızı qəbul edim". ("Ğafir" 60). Biz Onu çağırırıq, ancaq O, yerinə yetirmir".
İmam (ə) buyurdu:
– Güman edirsən ki, Allah vədəsinə əməl etmir?
Dedim:
– Xeyr.
İmam (ə) buyurdu:
– Bəs niyə yerinə yetirmir?
Dedim:
– Bilmirəm.
Buyurdu:
– Ancaq mən səni agah edim. Hər kim Allahın ona verdiyi göstərişlərə əməl edər, Ona dua edərək çağırarsa, onu yerinə yetirər.
Dedim:
– Bəs dua etməyin yolu nədir?
Buyurdu:
– Allaha həmdlə başlayırsan və Allahın sənə verdiyi nemətləri dilinə gətirirsən. Ona şükür edirsən və ondan sonra Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərirsən və günahlarını yada salırsan, onları etiraf edirsən. Onlardan Allaha pənah aparırsan. Budur dua etməyin yolu.
Sonra İmam (ə) buyurdu:
– Bəs o biri ayə hansıdır?
Dedim:
– Allah Təala buyurur: "(Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır". ("Səba" 39). Mən infaq edirəm, ancaq əvəzini görmürəm.
İmam (ə) buyurdu:
– Güman edirsən ki, Allah vədəsinə əməl etmir?
Dedim:
– Xeyr.
Buyurdu:
– Bəs niyə onun əvəzini verməmişdir?
Dedim:
– Bilmirəm.
Buyurdu: "Əgər kimsə halal mal əldə edər və halal yolda infaq edər, elə bir dirhəm infaq etməz, məgər o halda ki, onun əvəzi ona verilər". 

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org