00:06 – xeber – Litva hökuməti Belarusa məxsus və sərhəddə yerləşən Astravyets Atom Elektrik Stansiyasında baş verən qəza ilə bağlı rəsmi Minskə nota göndərib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Litva XİN rəhbəri Linas Linkevikus Belarus səfiri Lüdmila Tatarinoviçi nazirliyə çağıraraq, ondan qəza ilə bağlı açıqlama tələb edib. Sözügedən nüvə stansiyasının beynəlxalq normalara və təhlükəsizlik qaydalarına uyğun inşa edilmədiyi də səfirə bildirilib.
Qeyd edək ki, Astravyets AES Litva sərhədindən 50 km məsafədə yerləşir.