Leysan yagislari Tiflisde de fesadlar yaratdi

01:55 – xeber – Gürcüstan ərazisində yağan dolu və güclü yağışlar paytaxt Tiflisdə yenidən fəlakətə səbəb olub.
 
Report-un Gürcüstan bürosu xəbər verir ki, paytaxtın Niçubidze küçəsindəki yaşayış binasının divarında uçqunlar yaranıb. 
 
Evin fasad hissəsi yararsız vəziyyətə düşüb. Xəsarət alan olmasa da, bir neçə ailə evsiz qalıb.
 
Paytaxtın Nadzaladevski rayonunun Leçxumi küçəsində də yaşayış binasının istinad divarları uçub, nəticədə dörd ailə evsiz qalıb.
 
Sakinlərin sözlərinə görə, paytaxtda güclü yağışlar nəticəsində köhnə tikililərin özülləri, istinad divarları yararsız hala düşüb. Təhlükəli binaların sayı isə çoxdur.
 
Bəzi sakinlər təbii fəlakətin miqyasının daha da böyüməsindən narahatdırlar. Onlar bildirirlər ki, 2015-ci il iyunun 13-də gecə saatlarında yağan güclü leysan yağışları nəticəsində Tiflis zooparkı su altında qalmışdı. Bu cür bədbəxt hadisələr yenə də təkrar oluna bilər.
 
Qeyd edək ki, bir neçə gündür aramsız yağan leysan yağışları və dolu nəticəsində Gürcüstanın bölgələrinə də ciddi ziyan dəyib. Bəzi ərazilərdə əkin sahələri su altında qalıb, meyvə bağlarına və infrastruktura ciddi ziyan dəyib.
 
Yağışlar davam edir. Gürcüstanın müvafiq strukturları fəlakətin böyüməsinin qarşısını almaq məqsədilə iyunun 10-da toplardan istifadə edərək yağış buludlarını dağıdıblar.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org