Leyla Şixliniskaya dedi seni tutduracam – Mehkeme


[r32]
– xeber –
“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə klinikanın baş mühasib Şəhla Abbasova ifadə verib.
O qeyd edib ki, klinikanın rəhbəri Leyla Şıxliniskaya ilə əvvəllər münasibətləri yaxşı olub:
“Hər gün xəstələr qeydiyyat şöbəsinə yaxınlaşırdı və onlar da həkimlərə yönəldilirdi. Qeydiyyat şöbəsində olan pullar da mühasibi göndərilirdi. Klinikada olan xərclər barədə mənə məlumat verilirdi. Cinayət işi başlanmamışdan əvvəl yoxlama oldu. Hələ Leyla xanım bizə “premiya” da verdi ki, yaxşı işləmisiz. Sonra bizim münasibətlərimiz pozuldu. Bir neçə dəfə işdğn çıxağımla bağlı ərizə yazdım, lakin Leyla Şıxliniskaya mənimlə barışdı. Sonda “addelkadır”da sənədlərimi verdim. Həmin gündən sonra klinikada yoxlama başlanıldı. Mən çıxmaq istəyirəm deyəndə Leyla Şıxliniskaya dedi ki, səni tutduracam. Bir neçə həkim öz xoşu ilə oradan ayrılmayıb.
Növbəti proses yanvarın 4-də davam edəcək.
“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.
Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org