Leyla Eliyeva kampaniya baslatdi

17:12 – xeber – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Justice for Khojaly” (“Xocalıya ədalət”) kampaniyası başlanıb. 
 
Axar.az-ın xəbərinə görə, məqsəd Xocalıda baş vermiş qanlı hadisələr haqda dünya ictimaiyyətini məlumatlandırmaqdır. 
 
UBM Qrup şirkəti “Justice for Khojaly” təşəbbüsünü dəstəkləməklə və müasir vasitələrdən istifadə etməklə Xocalı həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qarşısına məqsəd qoyub.  
 
Şirkətin 20 Yanvar hadisələrinin 26-cı ildönümü ərəfəsində reallaşdırdığı məlumatlandırma kampaniyası həm yerli və xarici mediada, həm də sosial şəbəkələrdə geniş işıqlandırılıb. 
 
UBM Qrup Xocalı faciəsi zamanı həlak olanların əziz xatirəsinə ehtiram əlaməti olaraq, fevralın 15-dən daha geniş arealı əhatə edən yeni məlumatlandırma kampaniyasına start verib.
 
UBM Qrup Feysbuk, Tvitter, İnstaqram və Yutub sosial şəbəkələrində “Justice for Khojaly! Xocalıya ədalət!” adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına da başlayıb. 
 
Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat materialları bütün dünyanı əhatə etməklə 5 dildə – ingilis, fransız, alman, rus və Azərbaycan dillərində hazırlanıb. 
 
UBM Qrup hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edir. Qeyd edək ki, Xocalı faciəsindən 24 il keçir. Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib. 
 
Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb. 
 
https://www.facebook.com/JFKCampaign/ 
https://twitter.com/justice_khojaly 
https://www.instagram.com/justice_khojaly/ 
https://www.youtube.com/channel/UC0XPCgZk3WG0UF8XkzND0ZA 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org