Leyla Ehmedovanin "Modalar evi" ile bagli qalmaqal boyuyur

4 Oktyabr 2016 13:35 – xeber –
Bir neçə gündür ki, modelyer Leyla Əhmədova və modalar evinin yerləşdiyi obyektin sahibi Nizami Ağayev arasında baş verən problem mediada geniş işıqlandırılır.
Əmlak sahibi Nizami Ağayev icarədar Leyla Əhmədovanın aylıq kirayə haqqını ödəmədiyini, modelyer isə mülk sahibi tərəfindən biznesinə külli-miqdarda zərər dəydiyini iddia edir. Bundan başqa, Nizami Ağayev bildirib ki, o, ofisi 2014-cü ildə iş adamı Seymur İsayevə icarəyə verib. Daha sonra Leyla Əhmədova özünü Seymur İsayevin həyat yoldaşı kimi təqdim edib.
Axşam.az-ın "qafqazinfo"ya istinadən məlumatına görə, məsələdə adı hallanan Seymur İsayevin vəkili Vüqar Babayev  iş adamının haqqında səsləndirilən fikirlərin yalan olduğunu bildirib:
"Seymur İsayevlə Nizami Ağayev arasında heç bir ofis və ya digər qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə dair istər yazılı, istərsə də şifahi razılaşma olmayıb. Eyni zamanda S.İsayevin Anar adlı nümayəndəsi olmayıb. S.İsayev Leyla Əhmədova ilə Nizami Ağayev arasında yaranmış mübahisənin həlli üçün bir zamanlar köməklik etməyə cəhd etsə də, sonradan bu məsələyə heç bir müdaxilə etməyib.
Eyni zamanda bəyan edirik ki, Seymur İsayevin Vergilər Nazirliyinin keçmiş məsul şəxsi Nizami Ağayevə heç bir məbləğdə borcu yoxdur və heç bir zaman da olmayıb".
Vəkil onu da qeyd edib ki, Nizami Ağayevin Seymur İsayev barəsində səsləndirdiyi fikirlər əsassız olduğu üçün məhkəməyə müraciət edəcəklər.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org