Lenkeranskinin yerine onu getirdiler

00:47 – xeber – Avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən Rövşən Canıyevin (Lənkəranski) ötən həftə sonu 40 mərasimi keçirilib. Bu müddətdə Lənkəranskinin qətli ilə bağlı bir çox suallar açıq qalıb. 
 
Qətlin sifarişçisi və icraçıları haqda da  geniş bilgi yoxdur. Lənkəranskinin kriminal və biznes imperiyasına bundan sonra kimin sahib olacağı haqda da danışılmır. Musavat. comu-un məlumatına görə, 40 mərasimində Türkiyədən çox nüfuzlu bir avtoritet gəlib. Həmin nüfuzlu avtoritet  Türkiyədə Lənkəranskinin yerinə  kimin olacağı ilə bağlı söhbət aparıb. 
 
Mənbəmiz deyib ki,  Lənkəranskinin ən yaxın adamı, qətlidən sonra İstanbulda həbs edilən “Hacı Beyləqanski” indilikdə klana rəhbərlik etmək durumunda deyil. Qeyd edək ki, İstanbul polisi onun bir neçə qətldə əli olduğundan şübhələnib və avqustun 18-dən həbsdədir.  Mənbəmiz deyib ki, bu səbəbdən məsləhətləşmələrdən sonra klanın Türkiyəyə cavabdeh şəxsi kimi gürcü Qoça tanınıb.  
 
Müsavat.com-un məlumatına görə, böyük ehtimalla söhbət  “Kurşa” ləqəbi ilə tanınan Qoça Çinçaridzeden gedir.  Çünki o da son illər Türkiyəyə mütəmadi olaraq gedib-gəlirdi.  

Qoça 5 iyul 1972-ci ildə  Kabuletidə(Gürcüstan)anadan olub.  O, “qanuni oğru” adını 1992-ci ildə, cəmi 19 yaşı olanda alıb. 
 
Moskva, Odessa və Ukraynada  məskunlaşan  Qoça son illər Türkiyədə sığanacaq tapıb.  44 yaşlı “qanuni oğru”ilk dəfə 1993-cü ildə Batumidə həbs edilib və 6 ay dustaq həyatı yaşayıb. 2006-cü ildə Moskvada yenidən həbs edilən “Kurşa”6 aydan sonra yenə azadlığa buraxılıb. Rusiyada sonuncu  dəfə 2006-cü ildə deportasiya olunub və o zamandan şimala üz tutmayıb.
 
Son 10 ildə də o, Ukraynada, əsasən də  Odessada məskunlaşıb. Belə güman etmək olar ki, “Rövşən Lənkəranski”Türkiyədə  məskunlaşandan sonra o da bu ölkəyə köçüb. Sonuncu dəfə onu Ukraynadan bu ilin aprelində deportasiya ediblər. “Kurşa”nın  2013-cü ildə Gürcüstanda böyük amnistiya nəticəsində həbsdən azad edildiyi qeyd olunsa da, onun hansı səbəbdən mühakimə olunduğu haqda “oğru bioqrafiyasında” məlumat yoxdur. 
 
Bildirək ki, bu günlərdə Berlində Lənkəranskinin  düşmənlərinə qarşı türk və çeçen mafia klanlarının  birləşməsi xəbəri də yayılmışdı. Bildirilirdi ki, klanların birləşməsi Rövşən Lənkəranskinin yaxın dostu və Avropa "obşakı"na (xəzinəsinə) nəzarət edən çeçen Həmzət Qastamirovun (“Şeyx Həmzət”) təşəbbüsü ilə baş verib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org