Leman Elesrefqizina yeni vezife verildi

10:52 – xeber – ANS telekanalının keçmiş əməkdaşı Ləman Ələşrəfqızı yeni işə başlayıb.
 
Musavat.com xəbər verir ki, tanınmış jurnalist Azərxalça Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi təyin edilib.
 
Ləman Ələşrəfqızı ANS telekanalını televiziyanın fəaliyyəti dayandırılmazdan təxminən bir ay əvvəl – bu il iyunun 16-da qalmaqalla tərk edib. O, ANS-in vitse-prezidenti Seyfulla Mustafayevlə dalaşmışdı.
 
Azərbaycan prezidenti İlham Əliyev bu il mayın 5-də Azərxalça Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb. Azərxalça ASC Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
 
Səhmləri dövlətə məxsus olan ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovdur.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org