Lele tepe emeliyyatinin qehremanlari danisdi – Video

22:45 – xeber – Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyinin düşməndən alınmasında xidməti olan hərbçilərlə media nümayəndələrinin görüşü keçirilib.
 
APA-nın məlumatına görə, döyüşlərdə fərqləndiyinə görə Ali Baş Komandan tərəfindən təltif olunan qəhrəman oğullarımız jurnalistlərlə söhbətlərində işğal altında olan torpaqlarımızı canları-qanları bahasına da olsa düşməndən təmizləyəcəklərini deyiblər.
 
Lələ təpə yüksəkliyi uğrunda gedən döyüşləri tarixə qəhrəmanlıq səlnaməsi kimi yazan Azərbaycan hərbçiləri 4 gün ərzində kilometrlərə minalanmış ərazini erməni silahlılarından azad ediblər. Düşmənin ağır artilleriyası və digər silahlı birləşmələri bu yüksəklikləri qorumaq üçün nə qədər cəhd etsə də, Azərbaycan Silahlı Qüvvələri təcavüzkarın bütün sədlərini əzmlə yararaq, onu geri oturdub. Amansız döyüşlərin ağır məsuliyyətinin bir hissəsini də Milli Ordumuzun mühəndis-istehkamçıları daşıyıb. Onlar düşmən əlində olan torpaqları bütün maneələrdən təmizləməklə silahdaşlarının düşmən üzərinə yeriməsini təmin ediblər. Azərbaycan əsgərinin döyüşdə açıq-aydın üstünlük nümayiş etdirməsi ermənilərin ağır itki verərək geri çəkilməsinə səbəb olub. Yaranmış vəziyyətdə bütün hərbçilər zəkalarını, sərrast atıcılıq qabiliyyətlərini və lazım olduğu an canlarını əsirgəməyiblər
 
Ərşad Qarayev, medalla təltif olunan hərbçi: “Gecə saat 5-ə işləmiş düşmən qrupları bizim atəş nöqtələrinə doğru hərəkətə keçməyə başladı. Yuxarı komandanlığın verdiyi əmrə uyğun olaraq, biz düşmən qüvvələrini yerində məhv etdik və onların atış nöqtələrini ələ keçirdik”.
 
Mehdi Pircanov ilk dəfə döyüşlərdə iştirak edib. Amma ilk döyüşü çox uğurlu alınıb və xidməti Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirib.
 
Mehdi Pircanov: medalla təlrif olunan tankçı: “Ali Baş Komandan tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltid olunmuşam. Verilən döyüş tapşırığını vaxtında və dəqiqliklə yerinə yetridiyimizə, düşmən texnikasını məhv etdiyimizə görə təltif olunmuşuq”.
 
Mehdi Pircanov silahdaşları ilə birlikdə tankla Lələ təpə yüksəkliyinə kimi qalxdığını deyir. Doğma torpağı uğrunda qanını-canını əsirgəmədən irəliləyən Azərbaycan əsgərinin qarşısında dözüm gətirə bilməyən erməni əsgərləri silahlarını, eləcə də, məhv edilmiş yoldaşlarının meyitlərini səngərdə qoyaraq qaçıblar.
 
Hərbçilərimizin bu şücaətini Ali Baş Komandan da ən yüksək səviyyədə qiymətləndirib. Hərbçilər Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini çatdırır və onun növbəti döyüş əmrini səbirsizliklə gözlədiklərini bildirirlər.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org