Layma Vaykule: "Şisman azerbaycanlilar mene esrarengiz cicekler bagislayanda ariq latislar…"

9 İyun 2016 14:11 – xeber –
"Bir gün dərk etdim ki, restorandan getmək lazımdır. Orada boğulduğumu və sıxıldığımı hiss etdim".
Olkem.az oxu.az-a istinadən bildirir ki, bu barədə məşhur latviyalı müğənni Layma Vaykule Bakı Filarmoniyasında yaradıcılığı barədə suala cavab verərkən deyib. 
Müğənninin sözlərinə görə, Latviyada solo karyeraya başlamaq məqamı gəlib çatmışdı.
"Raymond Paulsa dedim ki, istənilən konsert təşkilatında işləməyimə kömək edə bilərmi? Raymond Yurmala şəhərinin mədəniyyət şöbəsinə məktub yazdı. Rədd cavabı gəldi.
Həmin vaxt mənim başqa respublikaların filarmoniyalarının rəhbərlərini tanıyan direktorum var idi. Elə o mənə "Azkonsertə" sığınmağı məsləhət gördü. Mən dərhal və məmnuniyyətlə razılaşdım. 
Və buna görə onlara (azərbaycanlılara) çox minnətdaram. İlk beynəlxalq müsabiqəm "Bratislavskaya lira"ya artıq Bakı Filarmoniyasının solisti qismində getdim", – müğənni qeyd edib. 
"Latviyada sizi "satqınlığınıza" və inadkarlığa görə güllələmədilər?" sualının cavabında isə müğənni yumorla qeyd edib:
"Mənə elə şeylər deyirdilər ki… (gülür). Yenidənqurma zamanında guya Rusiyanın "Vzqlyad" televiziya proqramının jurnalistləri gəlmişdilər. Heç vaxt unutmaram, onlar mənə nifrətlə baxıb soruşdular: "Şişman azərbaycanlılar sizi necə qəbul etdi?" Onlar məni əsəbləşdirdilər. Mən elə onların intonasiyasında cavab verdim: 
"Şişman azərbaycanlılar hər konsertdən sonra mənə əsrarəngiz çiçəklər və meyvə səbətləri bağışlayanda arıq latışlar Latviyanın ən populyar müğənnisinə öz qrupunu təşkil etməyə icazə verməkdən qorxaraq gözlərini qaçırdırdılar".
Mənə vurulan "satqın" damğasından qorxmayan hər kəsə dərin hörmətlə yanaşıram". 

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org