“Lavrov plani” deyilen bir plan yoxdur – Millet vekili


[r32]
– xeber –
Bu gün Qarabağ münaqişəsinin həlli üçün ortada yeni bir plan yoxdur. Ən azı yeniləşmiş Madrid prinsiplərinə alternativ olan yeni variantın olduğu ilə bağlı heç bir anons verilməyib. Ara-sıra “Lavrov planı” deyilən planın olduğu ilə bağlı fikirlər hallansa da, Rusiya Xarici İşlər naziri Sergey Lavrov özü bunu inkar edir. Həmsədrlər də hər zaman danışıqların predmeti kimi yalnız yeniləşmiş Madrid prinsiplərinin mövcud olduğunu deyirlər.
Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib. O bildirib ki, münaqişənin həlli ilə 3 həmsədr dövlət məşğul olur və onların razılaşdırılmış bir planı var:
“Bu plan da heç bir halda “Lavrov planı” deyil. Hazırda münaqişənin həlli üçün müzakirə predmeti 2009-cu ilin dekabr ayında Afinada ATƏT-in xarici işlər nazirlərinin toplantısında irəli sürülmüş yeniləşmiş Madrid prinsipləridir. Həmin prinsiplərdə yer alan müəyyən məsələlər bizə bəllidir. Orada münaqişənin mərhələli həllindən söhbət gedir. Yalnız son mərhələdə Dağlıq Qarabağın statusuna aydınlıq gətirmək məsələsi qoyulub”.
E.Nəsirov “Ermənistan” telekanalına müsahibə verən Serj Sərkisyanın gərginliyi aradan qaldırmağa imkan verəcək nəzarət mexanizmlərinin qurulması fikrinə də münasibət bildirib:
“Bu o deməkdir ki, snayperlər təmas xəttindən uzaqlaşdırılsın, insidentlərin araşdırılması ilə bağlı monitorinqlər keçirilsin, yaxud da orada xüsusi insidentləri qeydə alan sistemlər yerləşdirilsin. Bunlar hamısı status-kvonun qorunub saxlanılmasına hesablanıb və niyyətin bu olduğu hər kəsə gün kimi aydındr. Təsadüfi deyil ki, Ermənistan Prezidenti Serj Sərkisyan öz müsahibələrində real həqiqəti inkar və təhrif edir. Onun yanaşmasından belə çıxır ki, o, münaqişənin həllində, gərginliyin azaldılmasında maraqlıdır və ya gərginliyin tamamilə aradan qaldırılmasını istəyir. Lakin bunlar sadəcə söz olaraq qalır, konkret əməldə isə məhz Sərksiyanın tapşırığı ilə cəbhə xəttində, təmas xəttində atəşkəs intensiv şəkildə pozulur. Hər dəfə danışıqlar prosesi öncəsi, zamanı və ondan sonra Ermənistan yeni-yeni təxribatlara əl atır. Bunlar hamısı sözdür və beynəlxalq ictimai fikri çaşdırmaqdan başqa bir şey deyil”.
E.Nəsirov vurğulayıb ki, narahataedici məsələ həmsədrlərin münaqişənin həlli ilə bağlı məsələlərdə heç bir halda ünvanlı bəyanat verməmələridir:
“Yəni konkret insidentlərə kimin əl atdığı, münaqişənin həllinə kimin mane olduğu, işğalçının kim olduğu və işağlçının niyə torpaqları azad etmədiyi göstərilmir. Məhz həmsədrlər bu məsələlərin üzərindən sükutla keçirlər”.
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan Dağlıq Qarabağla bağlı Rusiyaya məxsus “Lavrov planı”nın mövcudluğunu inkar edib və münaqişənin həlli ilə bağlı danışıqların ruhuna zidd açıqlamalar verib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org