Lavrov-Conson gorusunde mubahise yasandi, sonra…


[r32]
– xeber –
Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson Sergey Lavrovun birgə mətbuat konfransında maraqlı məqamlar yaşanıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, mətbuat konfransı zamanı nazirlər bir-biriləri ilə həm mübahisə, həm də məzəli söhbət edib.
Boris Conson əvvəlcə Lavrovdan Rusiyanın Britaniyada keçirilən referendum və seçkilərə müdaxilə etdiyini qəbul etməsini istəyib. Sergey Lavrov dünyada bir sıra ölkələrin Moskvanın müdaxiləsi barədə fikirlər səsləndirdiyini, lakin heç birinin əlində sübut olmadığı deyib.
Boris Conson isə Lavrovun fikirlərinə “uğurlu müdaxilə olmayıb” ifadəsinin daha uyğun olduğunu söyləyib.
“Sergey, mən sizin nüfuzunuzdan narahatam. Məncə, Rusiyanın referendum və seçkilərimizə müdaxilə etmək cəhdlərini qəbul etməsi olduqca vacibdir. Necə olur olsun, bu uğursuz alındı. Bundan əmin olun, bu çox vacibdir. Mənə elə gəlir ki, bu cəhdlər uğurla nəticələnsə idi, hər şey başqa cür olacaqdı”, – Conson deyib.
Sergey Lavrov əsaslı sübutlar olmadan bu barədə danışmağın mənasız olduğu fikrini bir daha təkrarlayıb.
Mətbuat konfransında həmçinin Lavrovla Consonun məzəli dialoqu alınıb.
Jurnalistlərin “Rusiyada olmaq həqiqətən təhlükəlidir?”, – sualına cavab verən Boris Conson media nümayəndələrinə Moskvaya olan inamının təsdiqi üçün bir şey danışacağını bildirib:
“Bura gələndə cibində əlcəklərim və qalan hər şeyimin olduğu paltomu Lavrova verdim. Lavrovun paltoma nəzarət edəcəyini və başqa heç nə olmayacağını bilirdim”.
Bu zaman Lavrov müdaxilə edərək Consonun cibində heç bir şey olmadığını deyib. Həmkarının bu sözlərinə britaniyalı nazir “çoxdan ciblərimi yoxlamışdınız yəni” cavabını verib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org