Lavrov Bakidan hansi teklifle getmisdi? – Serkisyan


[r32]
– xeber –
Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağla bağlı Rusiyaya məxsus “Lavrov planı”nın mövcudluğunu inkar edib və münaqişənin həlli ilə bağlı danışıqların ruhuna zidd açıqlamalar verib.
Publika.az xəbər verir ki, “Ermənistan” telekanalına müsahibə verən Sərkisyan Qarabağ münaqişəsinin nizama salınması üzrə aparılan danışıqlarda konkret bəndlərin müzakirə edilmədiyini bildirib.
Onun iddialarına görə, hazırda proses iki istiqamət üzrə irəliləyir: “Birincisi, gərginliyin azaldılması. İkincisi, gərginliyi aradan qaldırmağa imkan verəcək nəzarət mexanizmlərinin qurulması. Yalnız bunlardan sonra hansısa sənədlər üzrə müzakirələr mümkün olacaq. Eyni vaxtda güllələmək və danışıq aparmaq mümkün deyil. Bu şəraitdə razılığa gəlmək də mümkün deyil. Atəşkəsin pozulması gərgin vəziyyət yaradır”.
Sərkisyan deyib ki, münaqişənin həlli ilə bağlı gündəmə gələn “Lavrov planı” mövcud deyil.
“Danışıqlar masasında hansısa konseptual sənəd yoxdur. Lavrov Ermənistana sonuncu səfəri zamanı Qarabağla bağlı hansısa təkliflər gətirməmişdi”, – deyə Sərkisyan iddia edib.
Hərçənd, Rusiya xarici işlər naziri Sergey Lavrov bir müddət öncə “Qarabağ münaqişəsi ilə bağlı ümumi razılıqlar var, sadəcə olaraq, bəzi kiçik detallar müzakirə olunur” deyə açıqlama vermişdi.
Lavrovun ötən ay Bakı və İrəvana səfəri zamanı da Qarabağla bağlı yeni təkliflər gəıtirdiyi deyilirdi.
Sərkisyan bu açıqlamaları isə işğalçı ölkənin münaqişənin həllində maraqlı olmadığını və regionda yeni müharibəyə təhrik etdiyini bir daha göstərir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org