Kvirikasvili: Bu, region ucun muhum ehemiyyet kesb edir


[r32]
– xeber –
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin BP-nin regional prezidenti Haqqi Cons ilə görüşündə “Bakı-Supsa” layihəsinin modernləşdirilməsi məsələsi diqqət mərkəzində olub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, Giorgi Kvirikaşvili BP-nin fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, Britaniyanın bu nüfuzlu neft-qaz şirkəti ilə əməkdaşlıq böyük layihələri həyata keçirmək üçün geniş imkanlar açır.
Baş nazir Gürcüstanda davam edən layihələrdən danışıb, BP ilə əməkdaşlığın perspektivlərini qeyd edib.
Tərəflər “Bakı-Supsa” boru kəmərinin modernləşdirilməsi və “Şahdəniz” layihəsinin ikinci mərhələsinin müəyyən bölmələri ilə bağlı müzakirələr aparıblar.
Görüşdə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi də diqqət mərkəzində olub. Baş nazir bu layihənin ölkəsi və eləcə də bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, layihənin genişləndirilməsi il ərzində boru kəmərinin qaz tutumunu artırır və Xəzər dənizindəki “Şahdəniz-2” qaz yatağından Avropa ölkələrinə əlavə 16 milyard kubmetr qaz artırmağı nəzərdə tutur.
Görüşdə BP ilə 20 illik uğurlu əməkdaşlıq qeyd olunub və şirkətin ən böyük xarici investor olduğu bildirilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org