Kvirikasvili: "Bakinin bu addimi onemlidir" – Yenilendi

– xeber – 16:02

 

SOCAR prezidenti Rövnəq Abdullayev Tiflisdə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

 

SOCAR-dan Axar.az-a verilən məlumata görə, görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, ikitərəfli əməkdaşlığın perspektivlərindən söhbət açılıb.

 

Bundan əlavə, Rövnəq Abdullayev şirkətin törəmə müəssisəsi olan SOCAR Georgia Petroleum MMC-nin xidmət mərkəzinin Tiflisdə, Vakedə yerləşən baş ofisində yaradılan şəraitlə tanış olub. SOCAR rəhbərinə məlumat verilib ki, hazırda Gürcüstan ərazisində MMC-nin 19 xidmət mərkəzi fəaliyyət göstərir, bunlardan 5-i Tiflisdə, 7-si şərqi, 7-si isə qərbi Gürcüstandadır. 2015-ci ildə xidmət mərkəzləri vasitəsilə 104 800 877 litr həcmində yanacağın pərakəndə satışı həyata keçirilib. Ötən il yanacağın satış səviyyəsinin artırılması məqsədi ilə SOCAR Georgia Petroleumun bütün sistemi, o cümlədən xidmət mərkəzləri şəbəkəsi üzrə struktur dəyişiklikləri aparılıb. 

 

18:57

 

Azərbaycanın Gürcüstana 500 milyon kubmetr həcmində əlavə təbii qaz verməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir.

 

Axar.az SOCAR-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşündə deyib.

 

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin hərtərəfli inkişafı barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, strateji tərəfdaşlığımız bizə bütün sahələrdə səmərəli əməkdaşlıq etməyə geniş imkanlar açır.

 

Baş nazir G.Kvirikaşvili deyib ki, Gürcüstanın təbii qazla təmin olunması ilə bağlı Azərbaycan tərəfinin atdığı addımları yüksək qiymətləndirilir. Bildirib ki, Azərbaycan tərəfinin bütün texniki problemləri həll edərək Gürcüstana əlavə olaraq 500 milyon kubmetr həcmində təbii qaz verməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir.

 

R.Abdullayev bildirib ki, Azərbaycan ikitərəfli əlaqələrin inkişafına, strateji tərəfdaşlığımızın daha da genişləndirilməsinə böyük önəm verir.

 

Görüşdə SOCAR-ın Gürcüstanda həyata keçirdiyi layihələr, bu ölkənin iqtisadiyyatına yatırtdığı sərmayələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org