Kuznetsov Xocali petisiyasi:


[r32]
– xeber –
18:29
Rusiyanın tanınmış tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsov Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiya tərtib edib.
Mətbuat Şurasından Axar.az-a bildiriblər ki, sənədə hazırda 5 minədək şəxs imza atıb. Ona Dövlət Dumasının reaksiya verməsi üçün ən azı 15 min imzaya ehtiyac var.
Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərə qarşı amansız cinayətin törədildiyi, bunun hazırda Ermənistan hakimiyyətində təmsil olunan şəxslər tərəfindən gerçəkləşdirildiyi vurğulanır. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfərin qətlə yetirildiyi, 56 nəfərin həyatına xüsusi amansızlıqla son qoyulduğu, 150 nəfərin itkin düşdüyü, 1275 nəfərin əsir götürüldüyü, 487 nəfərin yaralandığı diqqətə çatdırılır. Sənəddə məlumat verilir ki, insanlığa qarşı böyük terror aktını bır sıra dünya dövlətləri soyqırımı cinayəti kimi tanıyıb. Eyni addımın Rusiyanın Dövlət Duması tərəfindən atılmasının vacibliyi əsaslandırılır.
Azərbaycan Mətbuat Şurası media nümayəndələrini bu linkdə yer alan petisiyaya imza atmağa, bununla əlaqədar müvafiq təbliğat işləri aparmağa, Xocalı faciəsinə hüquqi qiymətin verilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərməyə çağırır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org